"Report" xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Mobillik naminə Tərəfdaşlıq üzrə beynəlxalq konfransda məlumat verib.
O, Aİ-nin keçən il Riqada keçirilən sammitində Azərbaycanla strateji əməkdaşlığa dair saziş layihəsinin təqdim olunduğunu xatırladıb. M.Məmmədquliyev bu sazişin imzalanmasının Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının səviyyəsini artırmağa imkan verəcəyini vurğulayıb.
Nazir müavini, həmçinin ilin ikinci yarısında Aİ-də Azərbaycan üzrə Alt Komitələrin iclasının keçirilməsinin planlaşdırıldığını xəbər verib. "Biz, həmçinin aviasiya sahəsində Aİ ilə saziş üzrə danışıqları davam etdirməyi planlaşdırırıq", - deyə o əlavə edib.