"Report" xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Görüşdə, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik iştirak edib.
Görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi ətrafındakı cari vəziyyət müzakirə olunub.