Bakı, 26 fevral, AzərTAc
“Excelsior Hotel Baku” Korporativ Sosial Məsuliyyət layihəsi çərçivəsində aprelin 4-də ali məktəblərin yuxarı kurs tələbələri üçün ictimaiyyətlə əlaqələr mövzusunda təlim keçirəcək.
AzərTAc xəbər verir ki, təlimi “AtaHolding” şirkətinin kommunikasiyalar şöbəsinin rəisi Dilarə Zamanova aparacaq. Təlimdə iştirak etmək istəyənlər dzamanova@ataholding.az elektron ünvanı vasitəsilə müraciət edə bilərlər. Məktubda şəxsi məlumat və təhsil müəssisəsinin adı qeyd olunmaqla tələbə biletinin/qiymət kitabçasının skan versiyası əlavə edilməlidir.