Daxili İşlər Nazirliyi Abşeronda baş vermiş yol qəzası ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyunun 21-də saat 23 radələrində Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində rayon sakini Fazil Rzaxanov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən qəsəbə sakinləri Xəlil Qubadovu, arvadı Ruhiyyəni, qızları Fidanı və Fizzəni vurub hadisə yerini tərk edib. Piyadalar xəstəxanaya yerləşdiriliblər. Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində F.Rzaxanov tutulub.

******

10:41

Abşeron rayonunda 4 piyadanın ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, rayonun Ə.Cavadov küçəsində "VAZ 2107" markalı, 48 BC 819 dövlət qeydiyyat nişanlı minik avtomobili 33 yaşlı kişini, 30 yaşlı qadını və onların qucağındakı 2 və 4 yaşlı iki qızı vurub. Yaralılar xəstəxana yerləşdirilib.

Qeyd edək ki, avtomobilin vurduğu 4 nəfər bir ailənin üzvüdür.

Faktla bağlı araşdırma aparılır.