Millət vəkili İstanbul Universitetində məruzə edəcək

Millət vəkili İstanbul Universitetində məruzə edəcək
19:34 3 Yanvar 2015
117 Ölkə
Ölkə mətbuatı
A- A+

 İstanbul Universitetində “XIX-XX əsrlərdə türk-erməni əlaqələri: birgə yaşama, qırğınlıq, ayrılıq və yeni axtarışlar” mövzusunda beynəlxalq simpozium keçiriləcək. Lent.az-ın məlumatına görə, simpozumda Türkiyə, Azərbaycan, ABŞ,Polşa, Rusiya, İran və b. ölkələrdən tarixçilər məruzələrlə çıxış edəcəklər. Millət vəkili, AMEA Dünya Siyasəti İnstitutunun direktoru, AMEA-nın “Azərbaycanlılara qarşı soyqırımların tədqiqi” komissiyasının “Azərbaycanlılara qarşı soyqırım siyasəti” işçi qrupunun rəhbəri, professor Musa Qasımlı “Rusiya, İngiltərə və Fransanın Osmanlı hökumətinə 1915-ci il 24 may tarixli müraciətinin qəbul edilməsində çar Rusiyası hökumətinin səyləri (Rusiya Xarici İşlər Nazirliyinin sənədləri əsasında)” məruzə edəcək. Ən mötəbər arxiv sənədlərindən aydın olur ki, tarixdə “erməni soyqırımı” deyilən bir şey olmamışdır. Bu, erməni dairələri və bəzi dövlətlər tərəfindən strateji məqsədlərini reallaşdırmağa kömək məqsədi ilə uydurulmuşdur. Əsl soyqırımı erməni silahlı dəstələri, daşnak Ermənistanı və Ermənistan Respublikası müxtəlif dövrlərdə dinc azərbaycanlılara və digər türk, müsəlman əhaliyə qarşı törədilib. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR