[ 26 Fevral 2015 16:13 ]



Bakı. Şəhriyar Əlizadə - APA. Ötən il ərzində Ombudsman Aparatına məhkəmə təminatı hüququnun pozulması ilə bağlı 1367 şikayət daxil olub.

APA-nın məlumatına görə, bu barədə İnsan hüquqları üzrə müvəkkilin (Ombudsman) 2014-cü il üzrə illik hesabatında bildirilib.

Bu hüququn pozulması ilə bağlı şikayətdə məhkəmələrdə süründürməçilik, məhkəmə qərarlarının sürətinin vaxtında verilməməsi, məhkəmədə işə baxılma yeri və vaxtı barədə proses iştirakçılarına müvafiq bildirişlərin göndərilməməsi və ya gecikdirilməsi, məhkəmə qərarlarının vaxtında icraya yönəldilməməsi, müraciətlərin cavablandırılmaması kimi hallar öz əksini tapıb.

Hesabatda bildirilir ki, ötən dövr ərzində müvəkkil məhkəmələrlə əməkdaşlığı davam etdirib, insan hüquqlarının pozulması aşkar edildikdə onun bərpası istiqamətində tədbirlər görüb.