Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AzərTAc-ın) əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, sənəddə deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AzərTAc-ın) aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilsin:

“Əməkdar mədəniyyət işçisi”

Quluzadə Yaşar Mahmud oğlu

Qurbanova Gülzaman Kamil qızı

Yusifov Səlahət Şahsuvar oğlu

“Əməkdar jurnalist”

Həsənova Aygün Vəzir qızı

Sadıxlı Nərgiz Murtuz qızı

“Əməkdar mühəndis”

Əliyev Azər Həsən oğlu"

X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AzərTAc-ın) əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, sənəddə deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafında səmərəli fəaliyyətlərinə görə Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AzərTAc-ın) aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilsin:

Bayramov Rəşid Oruc oğlu

Əliyev Məzahir Təriş oğlu

Əliyeva Kifayət Salman qızı

İbadov Suvar İnayət oğlu

Qədilli Fuad Adil oğlu

Quliyeva Səriyyə Qədir qızı

Vəliyeva Aidə Əlibala qızı".

Milli.Az