Nizami rayonu Qara Qarayev prospektində avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə təmir-tikinti işləri aparılır.

"Azəryolservis" ASC-dən Milli.Az-a bildiriblər ki, təmir işləri prospektin Şirin Mirzəyev küçəsi ilə kəsişməsindən Babək prospektinə qədər olan 2850 metrlik hissəsində aparılır. Burada 4 hərəkət zolaqlı olmaqla yolun hərəkət hissəsinin eni ortalama 24 metr təşkil edir.

Təmir-tikinti işləri çərçivəsində prospektin Şirin Mirzəyev və Rüstəm Rüstəmov küçələri (metronun "Neftçilər" stansiyası) arasında yerləşən, uzunluğu 750 metr, eni 12 metr, həmçinin Nəsimi küçəsi ilə kəsişmədən başlayaraq Nizami rayon İcra Hakimiyyətinin qarşısından keçən, uzunluğu 715 metr, eni 11 metr olan köməkçi yollarında da təmir işləri həyata keçirilir.

Hazırda prospektin əsas yolu boyunca köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, yolun hərəkət hissəsi asfaltanmaq üçün hazır vəziyyətə gətirilir, zəruri olan yerlərdə piyada səkiləri bərpa olunuraq asfaltlanır, səkilərin və yol ayrıclarının kənarlarına yeni səki daşları düzülür. Bundan başqa, Rüstəm Rüstəmov küçəsi ilə kəsişməyədək (Dakar meydanı) olan hissədə 1 metr enində yeni yol ayrıcı da inşa olunur.

Ümumilikdə prospekt boyunca təqribən 15 min poqonmetrə yaxın yeni səki daşının düzülməsi və 90 min m2-dən artıq ərazinin asfaltlanması, Şirin Mirzəyev və Rüstəm Rüstəmov küçələri arasında olan hissədə yol ayrıcında ikitərəfli, Rüstəm Rüstəmov küçəsindən Babək prospektinə qədər olan hissədə isə hər bir istiqamət üzrə təktərəfli işıqlandırma dirəklərini quraşdırılması nəzərdə tutulub.

Bütün işlər tərtib olunmuş qrafikə uyğun olaraq aparılır. Sözügedən işlər tam olaraq yekunlaşdıqdan sonra prospektdə hərəkətin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yolgöstərici və yolcizgi xətlərinin çəkilişi işləri aparılacaq.

İlkin İzzət

Milli.Az

Qara Qarayev prospektinin ağ günləri başlayır - FOTO