"Report" xəbər verir ki, görüş zamanı tərəflər Azərbaycan və Almaniya arasında əlaqələrin inkişaf perspektivlərini, iqtisadi məsələləri, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə ediblər.
Xatırladaq ki, Frank-Valter Ştaynmayer Cənubi Qafqaza səfər çərçivəsində iyunun 29-da Ermənistana səfər edib. Azərbaycana səfərdən sonra Almaniya XİN başçısı Gürcüstana yollanacaq.