Bakının Nizami rayonu Qara Qarayev prospektində aparılan təmir işləri ilə əlaqədar olaraq iyunun 30-dan iyulun 1-nə keçən gecə prospektin bir hissəsində, metronun "Neftçilər" stansiyasnın yaxınlığında avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik tam olaraq məhdudlaşdırılır.

Bu barədə Milli.Az-a "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

Bu gecə "Neftçilər" tərəfdə yol bağlanacaq

Onun sözlərinə görə, məhdudlaşdırma Qara Qarayev prospektinin Şirin Mirzəyev küçəsindən Rüstəm Rüstəmov küçəsi istiqaməti üzrə, yəni Dakar meydanınadək olan hissəsində tətbiq olunacaq:

"Digər hərəkət istiqaməti üzrə, yəni R.Rüstəmov küçəsindən metronun "Qara Qarayev" stansiyası yerləşən əraziyə doğru hərəkətdə hər-hansı bir məhdudlaşdırma tətbiq olunmur.

Sürücülərdən təmir işləri aparılan müddət ərzində altyernativ olaraq Mikayıl Əliyev, Mehdi Abbasov, Rüstəm Rüstəmov və digər küçələrdən istifadə etmələri tövsiyyə olunur".

İlkin İzzət
Milli.Az