"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.
Xəbərə görə, Beyləqan Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 29-da rayon sakini Mehman Əliyevə məxsus, içərisində 43270 manat pul olan sellofan torbanı soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən rayon sakini Yusif Dayandurlu tutulub.