ABŞ-da möcüzəvi hadisə

ABŞ-da möcüzəvi hadisə
21:41 3 Yanvar 2015
140 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Kentukki ştatında baş vermiş təyyarə qəzasında 7 yaşlı qız sağ qalıb.

ANS PRESS-in məlumatına görə, qəza nəticəsində onun valideynləri, 9 yaşlı bacısı və 14 yaşlı əmisi oğlu ölüb.

Kiçik təyyarənin qəzaya uğramasından sonra qız çaşqın vəziyyətdə və ayaqyalın yaxınlıqdakı kəndə gedib və təyyarə qəzası barədə yerli sakinlərdən birinə məlumat verib. O da xilasetmə xidmətinə zəng edib.

Qəzanın səbəbi hələ ki bəlli deyil. Qohumlarının istəyi ilə sağ qalan qızın adı açıqlanmır. O, xəstəxanaya yerləşdirilib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=317618

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR