Xəzər dənizində "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarının işlənməsi ilə məşğul olan və özünün dünyadakı neft hasilatının 10%-ni buradan təmin edən BP şirkəti Azərbaycanla ilkin əsaslarla razılaşdırılmış 30 illik (1994-cü ildə imzalanan) müqavilənin uzadılması ilə bağlı razılığa gəlib.
Lakin AÇG konsorsiumunda mövcud olan payına görə karbohidrogen hasilatından 1% gəlir əldə edən "Exxon Mobil" şirkəti isə 2014-cü ildə neft qiymətlərinin yarıbayarı azalması səbəbindən daha səmərəli bir saziş axtarışındadır.