Bakıda türk şirniyyatı pişmaniyenin beynəlxalq festivalı keçiriləcək
Paylaş
·91 baxış·1 dəq oxu
Bakı. 5 iyul. REPORT.AZ/ İyulun 14-17-də Bakıda türk şirniyyatı pişmaniyenin beynəlxalq festivalı keçiriləcək. "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu festival 8-ci dəfə keçiriləcək. Bununla əlaqədar Bakıya Türkiyədən çoxsaylı qonaqlar, o cümlədən bir sıra millət vəkilləri və bələdiyyə üzvləri gələcək.