Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev ATƏT Parlament Assembleyasının vitse-prezidenti seçilib.
Milli.Az azvision.az-a istinadən bildirir ki, Azay Quliyev 119 səslə bu vəzifəyə seçilib.
Qeyd edək ki, Azay Quliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeganə beynəlxalq mandata sahib olan ATƏT-də bu vəzifəyə seçilən ilk azərbaycanlıdır.
Milli.Az