"TANAP və TAP qaz kəmərləri layihələri Avropaya enerji tədarüklərinin şaxələndirilməsi üçün vacibdir və bütün NATO üzvləri anlayırlar ki, enerji infrastrukturunun təhlükəsizliyi milli məsuliyyətdir".

Milli.Az bildirir ki, bunu Trend-ə NATO ofisindən alyansın sammitində Azərbaycanın iştirakı ilə həyata keçirilən layihələrdə enerji infrastrukturunun təhlükəsizliyinin müzakirəsi məsələsini şərh edərkən deyiblər.

Qeyd edək ki, bu gün Varşavada Azərbaycan prezidenti İlham Əliyevin də iştirak etdiyi NATO sammiti öz işinə başlayıb.

NATO-dan qeyd ediblər ki, Azərbaycan öz hərbçilərinin iştirakı ilə və alyansın yüklərinin nəqlinə yardım etməklə Əfqanıstanda sülhməramlı əməliyyatlara böyük töhfə verir.

Milli.Az