"Report" xəbər verir ki, Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin J.Sefilyanla bağlı qərarını qüvvədə saxlayıb.
Qeyd edək ki, J.Sefilyan qanunsuz yolla silah əldə etməkdə və saxlamaqda ittiham olunur. Müttəhim ittihamları qətiyyən qəbul etmir.