Vyetnamlı Tonq Fuok Fuk adlı bu şəxs bütün dünyaya mənfəət güdməyən insanın necə olduğunu nümayiş etdirib.
Milli.Az interaz-a istinadən bildirir ki, hər şey 2001-ci ildə Tonqun həyat yoldaşı hamilə olarkən başlayıb.
Xəstəxana dəhlizində əyləşən Tonq hamilə qadınların kabinetə daxil olduqları, oradan isə göz yaşlarına qərq olmuş şəkildə və uşaqsız çıxdıqlarını (abort edərək) görüb.

Baş verənləri Tonq dərhal dərk etməyib. Sadəcə olaraq, insanların öz körpələrini necə öldürə bildiklərini, hətta onları öldürdükdən sonra insan kimi dəfn etməmələrini anlamayıb.
2.jpg)
Gördüyü mənzərə Tonqa ürəkdən təsir edib. O, şəxsi pulu hesabına Hon Tom dağı altında həyatları başlamadan bitən körpələri dəfn edə biləcəyi torpaq alıb. Hospitaldan icazə alan Tonq ilk bir neçə il ərzində 10 mindən çox körpəni dəfn edib.

Lakin vyetnamlı bu şəxsin başlıca məqsədi başqa idi. Tonq hamilə qadınların qəbiristanlığı ziyarət etdikdən sonra öz uşaqlarından "xilas olmaq" niyyətlərindən imtina edəcəklərinə ümid edib.
İdeya bəhrəsini verdi: bir müddətdən sonra maddi çətinliklər səbəbindən övladlarının gələcəyini təmin edə bilməyən analar yardım üçün Tonqa müraciət etməyə başladı.
Kişinin cavabı hər kəsi heyrətləndirdi. Tonq ehtiyacı olan bütün uşaqları ailəsinə götürməyə razı oldu. Bir zamanlar kədər, qəhərlə dolu qəbiristanlıqda 100-dən çox körpə üçün doğma ev tikilib.

Övladlarını Tonqa verən anaların maliyyə vəziyyətləri yaxşılaşdıqdan, ailə çətinikləri geridə qaldıqdan sonra bu böyük ürəyə sahib insan uşaqları analarına geri qaytarmağa razı olub.
100 oğulluq və qızlıqlarının adlarını səhv salmamaq üçün Tonq onlara sevimli adlar verib. Misal üçün, "Vin" (şərəf) və ya "Tam" (ürək). Bütün uşaqlar həm analarının, həm də Tonqun soy adını daşıyırlar.

"Son nəfəsimə qədər davam edəcəyəm, deyə çoxuşaqlı ata söyləyir.- Ümid edirəm övladlarım da mən bu dünyadan köçdükdən sonra insanlara kömək edəcəklər".

Milli.Az