Xalq artisti Aygün Kazımova məzəli görüntülərilə gündəmə gəlib. 1xəbər.com-un məlumatına görə, ifaçının "Bakılı oğlanlar" (Parni iz Baku) teatrı ilə bərabər hazırladığı komik videoçarx "Sevsən bu camışı..." adlanır. Səhnə izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.
Lakin klipə baxdıqda Aygün Kazımovanın tərəf müqabilinin camış deyil, inək olduğu diqqətlərdən yayınmayıb. Xalq artistinin "camış" deyə müraciət etdiyi ev heyvanı, əslində, inəkdir. Məhz bu məqam sosial şəbəkələrdə müzakirəyə səbəb olub. İzləyicilər Kazımovanı camışla inəyi səhv salmaqda qınayıblar.
Xalq artistinin ifa etdiyi mahnının sözləri də birmənalı qarşılanmayıb:
Camışı bu səhər sağmaq istədim,
Camışın təpiyi üzümə dəydi...
Öpsən bu camışı sağa bilərsən,
Pendiri, qatığını yeyə bilərsən.
Sevsən bu camışı sağa bilərsən,
Məməşin, məməşin, məməşin darta bilərsən.
Aygün Kazimovanın sözügedən məzəli videoçarxırı təqdim edirik:
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:

