Amerikalı məşhur müğənni Teylor Svift və tanınmış aktyor Tom Hiddlstonun artıq dost yox, sevgili olduqları müəyyənləşib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, yaxın dostları Teylor Svift və Tom Hiddlstonun sevgili olduqlarını təsdiqləyiblər:

“Onlar əsl cütlükdürlər”.

Teylorun rəfiqəsi Marta Hant onun təşkil etdiyi bir partidə iştirak etdikdən sonra jurnalistlərlə bu fikirləri bölüşüb:

“Onların xoşbəxtliyinə çox sevinirəm. Hər kəsə Teylor və Tomun münasibəti kimi bir münasibət arzulayıram. O, çox məftunedici bir kişidir”.

Tomun dostları da məsələyə biganə qalmayaraq, bu münasibət haqda fikirlərini bölüşüblər. Akyorun “Tor” filmindən həmkarı olan Kris Hemsvort Tomun emosional durumundan söz açıb və onu çox xoşbəxt gördüyünü sözlərinə əlavə edib:

“O, çox xoşbəxt görünür. Nə vaxtsa onun sevdiyi qızı görəndə ondan gitarada bir neçə mahnı ifa etməsini xahiş edəcəyəm”.

Qeyd edək ki, cütlüyün jurnalistləri onların sadəcə dost olduqlarına inandırmaq cəhdlərindən sonra yaxın dostları qərar gəliblər ki, bunu rəsmən bir sevgi hekayəsi olduğunu mediaya açıqlasınlar.

Marta Hant
“Onlar əsl cütlükdürlər”

Kris Hemsvort
“Onlar əsl cütlükdürlər”

“Onlar əsl cütlükdürlər”

“Onlar əsl cütlükdürlər”