ABŞ prezidenti Barak Obama və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə axşamı telefon danışı zamanı Ankaranın ekstradisiya etmək istədiyi Fəthullah Gülən ətrafındaki vəziyyəti müzakirə ediblər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Ağ evin mətbuat katibi Coş Ernest bildirib.

Onun sözlərinə görə, liderlər ABŞ-da yaşayan Gülənin statusunu müzakirə ediblər: "Türkiyə hökuməti ABŞ hökumətinə elektron şəkildə Gülənin statusuna dair materiallar təqdim edib. Dövlət departamenti və ədliyyə nazirliyi ekstradisiya haqqında sazişə uyğun olaraq bu materiallarla tanış olacaqlar", - Ernest bildirib.

Milli.Az