Bu don internetdə "tufan" qoparıb və milyonlarla insanın müzakirələrə qatılmasına səbəb olub.
"Göy-qara, yoxsa ağ-qızılı?" - bu sualı hətta Hollivud ulduzları və şou-biznesin məşhur simaları Twitter-də yazıblar.
Bir paltara baxaraq onu fərqli rənglərdə görmək mümkündürmü?
Cavab gözlərimizin rəngi qəbul etməsindədir.
Nəyəsə baxanda gördüklərimizə nadir halda şübhələnirik. Halbuki, səhvlər olur.
Əgər internetdə müzakirələrə səbəb olan paltarın göy-qara rəngdə olduğunu düşünürsünüzsə, yanılırsınız.
Aktrisa Culianna Mur paltarın ağ-qızılı, müğənnilər Teylor Svift və Castin Biber isə göy-qara olduğunu yazıblar.
İş o yerə çatıb ki, mübahisələrlə müzakirələrə Adobe korporasiyası da qatılıb.
Paltar fotosunu Adobe Photoshop proqramı vasitəsilə təhlil edəndən sonra mütəxəssislər deyiblər: "Birmənalı olaraq bildiririk ki, paltar göy-qara rəngdədir. Fotonun tonunu artırmaq və başqa rənglər əlavə etməməklə aparılan təhlil paltarın ağ-qızılı yox, göy-qara olduğunu göstərdi. Piksellərin rəng kodları da bunu göstərir. Fotonun hər yerində mavinin müxtəlif çalarları var".
İnternetdə yeni "tufan"ın səbəbkarı isə Şotlandiyada toylarda çıxış edən "Canach" qrupunun solisti, 21 yaşlı müğənni Ketlin MakNildir.
"Bu paltarı toy üçün bəyin anası alıb. Paltar evə gətiriləndə qadın təəccüblənib, çünki "Roman Originals" şirkətinin saytında o, ağ-qızılı rəngdə don görmüşdü. Gətirilən don isə göy-qara rəngdə idi", - K.MakLin yazıb.
Daha sonra o, donun fotosunu bloqunda yerləşdirərək yazmışdı: "Dostlar, yardım edin: bu don ağ-qızılı, yoxsa göy-qara rəngdədir? Mən və dostlarım rənglə bağlı razılığa gələ bilmirik. Başımızı itirmişik".
Müzakirələr başlanıb və diskussiyaya milyonlarla insan qatılıb.
Bəziləri fotolarda qara krujevalı zolaqları olan göy, digərləri isə qızılı krujevalı ağ paltar gördüklərini deyiblər.
Milli.Az



Bu don nə rəngdədir? - FOTO
Bu don nə rəngdədir? - FOTO
Bu don nə rəngdədir? - FOTO
Bu don nə rəngdədir? - FOTO
Bu don nə rəngdədir? - FOTO
Bu don nə rəngdədir? - FOTO
Bu don nə rəngdədir? - FOTO
Bu don nə rəngdədir? - FOTO
Bu don nə rəngdədir? - FOTO
Bu don nə rəngdədir? - FOTO
Bu don nə rəngdədir? - FOTO
Bu don nə rəngdədir? - FOTO
Bu don nə rəngdədir? - FOTO
Bu don nə rəngdədir? - FOTO
Bu don nə rəngdədir? - FOTO
Bu don nə rəngdədir? - FOTO
Bu don nə rəngdədir? - FOTO
Bu don nə rəngdədir? - FOTO
Bu don nə rəngdədir? - FOTO
Bu don nə rəngdədir? - FOTO
Bu don nə rəngdədir? - FOTO
Bu don nə rəngdədir? - FOTO