"Manchester United"in kapitanı Ueyn Runi yeni mövsümdə "10 nömrə" mövqeyində oynayacağını bildirib.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, Runi bu nömrə altında çıxış etməkdən məmnundur: "Bu, demək olar ki, azad rəssam roludur və mən məhz sözügedən mövqedə çıxış edəcəyimə görə çox məmnunam. Mourinyo "10 nömrə" kimi oynayacağımı dedi. İndi doğru mövqe tutmaq və qollar vurmaq üçün üzərimdə çox işləməliyəm. Karyeram boyunca rəqib qapısına çox yol tapmışam və bombardirlik istedadıma şübhə etmirəm. Yeni mövsümdə də qollar vuracağıma ümid edirəm. Oyunda fəal iştirak etməyi xoşlayıram. İndi Mourinyo kimi baş məşqçinin başçılığı altında çıxış edirəm. Çalışdırıcı ilk günlərdən göstərdi ki, hücumameyilli futbolçuların arabir xeyli geriyə çəkilməsi onu qorxutmur. İndi yeni baş məşqçimiz və yeni oyun üslubumuz var. Ustalığımdan komandamın xeyri üçün istifadə edə bilsəm, təhlükəli vəziyyətlər yaradacağam və qollar vuracağam".
Milli.Az