Sabirabadda avtomobil kanala düşüb, bir ailənin 4 üzvü xəsarət alıb

14:07 4 Yanvar 2015
83 Digər
Ölkə mətbuatı
A- A+

[ 04 Yanvar 2015 13:59 ]

Sabirabad. Əlibəy Zeynallı-APA. Sabirabad rayonunda avtombil kanala düşüb.

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ)  APA-nın yerli bürosuna verilən məlumata görə,  hadisə bu gün səhər saatlarında Hacıqabul-Bəhrəmtəpə yolunun 26-cı kilometrliyində, Sabirabad rayonunun Xəlifəli kəndi ərazisində baş verib. Gədəbəy rayon sakini, 1981-ci il təvəllüdlü İsmayılov Vüsal Yaşar oğlu idarə etdiyi 99 DU 617 dövlət nömrə nişanlı avtomobillə böyük sürətlə hərəkətdə olarkən idarəetməni itirib. Avtomobil yolun kənarındakı kanala yuvarlanıb. Avtombildə olan 4 sərnişin son anda xilas olunsalar da, onlar müxtəlif bədən xəsarətləri ilə Şirvan şəhər Xəstəxanasına yerləşdirlib. Xəsarət alanlar Saatlı rayonunun Qaralar kənd sakinləri - 1986-cı il təvəllüdlü Rüstəmova Saniyə İmanqulu qızı, onun həyat yoldaşı - 1985-ci il təvəllüdlü Rüstəmov Amid Ələsgər oğlu, onların övladları 6 yaşlı Səma və 10 yaşlı Səbuhidir.

 

Faktla bağlı BDYPİ-də araşdırma aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR