Şəbnəm Qəhrəmova imzası, şou-biznes dünyasında gənc ifaçılar sırasında hallanır. O, yaradıcılığında uğur əldə etməyi qarşısına qoyduğu bir vaxtda, adı qalmaqallarda hallanmağa başlayıb. Belə ki, hər birimizin yaxşı tanıdığımız müğənni Şəbnəm Tapdıq gənc həmkarını məhkəməyə verib. Səbəb, eyni adların eyni sahədə olmasıdır.
Milli.Az primetime.az-a istinadən Şəbnəm Qəhrəmanovanın müsahibəsini təqdim edir:
- Şəbnəm, istərdik sizi oxucularımıza daha yaxından tanıdaq. Bildiyimiz qədər bu sənətə olan həvəsiniz ötəri deyil.
- Bəli, ötəri deyil. Əslində, mən çoxdan bu sahədəyəm. Sadəcə, özümə qapanan biriyəm. Kimsə mənə nəsə desə, qəlbim qırılır, gedirəm təkliyə və özümə qapanıram. Bu isə ondan irəli gəlir ki, bu yolda təkəm. Maliyyə bizim sanətdə böyük rol oynayır. Amma mən işimi çox sevirəm. Səhnə mənim üçün tamam başqa bir yerdir. Orada mən fərqli bir insan oluram. İstəyirəm ki, böyük kosertlərim olsun, maraqlı layihələr ərsəyə gətirim. Hamıya məlumdur ki, bunlar etmək üçün külli miqdarda pul lazımdır. Məhz bu səbəbdən hər hansı bir işim alınmırsa, dərhal geriyə çəkilirəm, ruhdan düşürəm. Dəfələrlə olub ki, hansısa bir işi etmişəm, alınmayıb.
- Təhsiliniz var?
- Xanəndə Simarə İmanovadan təhsil almışam. Hal- hazırda isə xalq artsti, vokal ifaçısı Samir Cəfərovdan dərs alıram. Amma planlarıma ali təhsil almağı da daxil etmişəm.
- Siz, yerli şou-biznesdə artıq üçüncü Şəbnəmsiniz. Amma adınız ətrafında qalmaqal yaşanır. Şəbnəm Tapdıq tələb edir ki, siz adınızı dəyişəsiniz.
- Adım başıma bəla olub. Mənə adımdan imtina etməyi tələb edirlər. Şəbnəm Tapdığın mənim yaşım qədər stajı var. O məniefirlərin birində təhqir edərək, məni məhkəməyə verəcəyini deyib. Amma məhkəməyə müraciət edəcək adam məhz mən özüməm. Şəbnəm xanım iddia edir ki, mən adımı ondan götürmüşəm. Amma bu, belə deyil. İndi deyir ki, mən soyadımı da səsləndirməliyəm. Sağ olsun Samiraldo, sayəsində az qala soyadıma nifrət edəcəyəm. Yaratdığınız imkandan yararlanıb Şəbnəm xanıma səslənib deyirəm ki, mən özümə nə təxəllüs götürəcəyəm, nə də təqdimat zamanı soyadımın səslənməsini istəyəcəyəm. Mən məhz Şəbnəm kimi karyera yolunda addımlayacağam.
- Sənət dostlarınızdan sizə kim dəstək olur?
- Müğənni Xatun Əliyeva, aparıcı Lamiyyə Ələkbərova və başqa sənət dostlarım mənə dəstək olurlar. Maliyyə işlərimə isə sağ olsunanam nəzərət edir, mənə yardım əlini uzadır.
- Hansı ifaçını dinləyirsiniz, onun kimi olmağı arzulayırsınız?
- Uşaqlıqdan xalq artisti Zülfiyyə Xanbabayevanı sevirəm. Düşünürəm ki, o xanımı bir çoxlarının sevimlisidir. Çünki həm xanım kimi, həmdə bir müğənni kimi sözünü deyib. Amma səhnədə şou göstərən bir nömrəli müğənni Aygün Kazımovadır. Təbii ki, Röya Ayxanın da vurğunuyam.
- Arzuladığınız pilləyə gəlib çatacağınız günü təxmin edirsiz?
- İstədiyim pilləyə çatana kimi mübarizə aparacağam. Uğurlar əldə etməyi arzulayıram. Nə olur olsun istədiyim pilləyə çatacağam.
- Bu səhnədə sevilmək üçün öxünəməxsusluğun olması, vacibdir. Xüsusi qığılcımın və özəlliyin olmasa, heç nə alınmayacaq. Bəs sizin özgüvəniniz nədədir?
- Mən performansıma güvənirəm. Maddi durumum imkan versə, hətta Beyonsu belə kölgədə qoyaram. Bu sahədə özümə çərçivəqoymuram.
- Toylarda vəziyyət necədir? Dəvət edənlər var? Nə qədər qonorar alırsınız?
- Keçmişlə müqayisədə son zamanlar daha yaxşıdır. Bütün toy idarə etmirəm, ancaq yarım saatlıq çıxışlarım olur. Stabil qonorar qiymətim yoxdur. Kimin imkanı nəyə çatırsa, onu da ödəyir. Hətda elə məclislər olub ki, heç pulgötürməmişəm.
- Müsahibə zamanı kifayət qədər iddialı danışdınız. Sizə bu tempdə davam edib, ruhdan düşməməyi arzu edirik.
- Təşəkkür edirəm. Sonda özümə güvənib bu ismarıcı da ünvanlayıram: "Hər kəs öz yerin bilsin, mən gəldim!" Oxucularınız qarşısında bir söz verirəm. Qətiyyən ruhdan düşməyəcəyəm. Maşallah olsun, gözəlliyim də var, şirin avazım da. Odur ki, məndən yeni mahnılar gözləyin.
Milli.Az









