Hər zaman sakit təbiəti, mülayim və ağayana xasiyyəti ilə tanınan, heç vaxt qalmaqallarda adı hallanmayan, hətta boşanmağını səssiz keçirən Zamiq Hüseynov, onsuz da, gündəmdən düşmür.

Səssiz olduğu qədər də pünhan tutar həyatını. İllah da şəxsi həyatından heç vaxt heç kimin xəbəri olmaz. Bu səbəbdən Zamiqin heç bir ailə üzvünü biz nə efirdən görmüşük, nə də şəkillərinə rast gəlmişik.

Milli.Az 1xəbər.com-a istinadən bildirir ki, bu gün oxuculara populyar ifaçının anası ilə bərabər Türkiyədə çəkdirdiyi fotoşəkili təqdim edir:

Zamiqin ən çox sevdiyi xanım - FOTO

Anası haqda danışanda Zamiq həmişə kövrəlir:

"Böyüdükcə qorxuram. Həyat çətindir deyə yox, anam qocalır deyə. Allah bütün analara can sağlığı versin. Dünyasını dəyişənlərə Allah rəhmət eləsin" - deyir.

Zamiqin bərk-bərk qucaqladığı anası Nəcibə xanım evdar xanımdır. Əli pula yetəndən Zamiq həm evdar anasını, həm də təqaüdçü atası Əsgər kişinin qeydinə qalır.

Ürəyi valideynləri ilə döyünən Zamiqin özündən kiçik bir bacı və qardaşı var.

Qardaşı Tarif Hüseynov da şou-biznes aləmində az tanınmır. Tarif Zamiqin bir neçə il əvvəl açdığı "ZH" kişi geyim mağazasını işlədirdi. Son aldığımız məlumata görə, həmin dükan ölkədəki iqtisadi böhranla əlaqəli artıq fəaliyyətini dayandırıb.

Tarif evlidir və bir oğlu var.

Nigar adlı xanımla bir dəfə ailə həyatı nakam bitən Zamiq bu haqda danışmağı sevmir.

32 yaşlı yaraşıqlı ifaçı bu ayrılıqdan bir müddət sonra dəfələrlə həyatında birinin olduğunu etiraf edib, yaxın günlərdə toy olacağını anons etsə də, hələ də subay gəzir.

1983-cü ilin 12 sentyabrında Füzuli şəhərində dünyaya göz açan Zamiq 1987-ci ildən ailəsi ilə birgə Bakı şəhərinə köçüb.

Uşaqlıq yaşlarından qaçqın həyatı yaşamağa məhkum olan ulduz uşaqlıqda ağır həyat tərzi keçirdiyini heç vaxt gizlətməyib.
Hətta verilişlərin birində çəkinmədən belə demişdi: "Uşaqlığımı ancaq yaxın dostlarıma danışmışam. Həmin ərəfəni çox pis keçirmişəm. O qədər çətin günlər yaşamışam ki... İnanılmaz əziyyətlər çəkmişəm. Bu haqda danışsam, bir veriliş mənə bəs etməz"...

Zamiqin ən çox sevdiyi xanım - FOTO

Amma bütün bunlar Zamiqi tutduğu məqsədlərdən çəkindirmədi.
Hazırda ən populyar kişi müğənnilərdən olan Hüseynov idmana olan sevgisindən şou aləmində ən ideal bədən quruluşlu kişilərdən sayılır.
Bəlkə də elə bu səbəbdən Zamiq onu nümayiş etdirməkdən də çəkinmir.

Milli.Az

Zamiqin ən çox sevdiyi xanım - FOTO
Zamiqin ən çox sevdiyi xanım - FOTO
Zamiqin ən çox sevdiyi xanım - FOTO
Zamiqin ən çox sevdiyi xanım - FOTO
Zamiqin ən çox sevdiyi xanım - FOTO
Zamiqin ən çox sevdiyi xanım - FOTO