O, ruhi xəstəyə aşiq oldu... - VİDEO

O, ruhi xəstəyə aşiq oldu... - VİDEO
15:42 4 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Əkbər "Yanımdan ayrılma" mahnısını ekranlaşdırdı
Tanınmış estrada müğənnisi Əkbər 2014 cü illə "Yanımdan ayrılma" mahnısına çəkdirdiyi klipi ilə vidalaşdı.

Anspress-in məlumatına görə, sözləri Leyliyə, musiqi Hakan Erola məxsus olan bəstəyə müğənni özü rejissor kimi quruluş verib verib: "Mahnı iztirab çəkən sevgililərin həyatından bəhs edir. Oxucularınıza qəribə gəlməsin, bu klipin həm operatoru, hən rejissoru mən özüməm.

Mahnının sözləri tələb edirdi ki, əsas qəhrəman eşqdən dəli olmuş xanım olsun. Çalışdım ki, ruhi xəstəliyə düçar olan bir qızın yaşadıqlarını ekranlaşdımağa müvəffəq olum. Bu obrazı çox yaxın dostum Olesya Abayeva mükəmməl aktrisa kimi canlandırdı. Klipin montaj və rənglənməsini Ceyhun Türksoya həvalə etdim və işindən çox məmnun qaldım.
Yanından ayrılmadığım "sevgilim"in aşiqi kimi özüm çəkilmişəm. Əminəm izləyicilər aktyor oyunumu bəyənəcəklər".

Milli.Az




RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR