"Report" BBC-yə istinadən xəbər verir ki, Nigeriya yığmasının 2016-cı il Olimpiadasında ilk matçı cümə günü Bakı vaxtı ilə 7:00-a planlaşdırılıb.
Nigeriyalıların start oyunda rəqibi Yaponiyadır.
"Nigeriyanın İdman Nazirliyindən çarter reysinin pulları komandanı daşımaqdan imtina edən aviaşirkətin hesabına daxil olmayıb", - deyə Nigeriya Futbol Federasiyası rəhbərliyinə yaxın olan mənbə bildirib.
Olimpiya Oyunları 5-21 avqust tarixlərində Rio-de-Janeyroda keçiriləcək.