Ueyn Runi 2004-cü ildən şərəfini qoruduğu "Mançester Yunayted"i tərk etmək fikrində deyil. Milli.Az goal.az-a istinadən xəbər verir ki, təcrübəli futbolçunun agenti Pol Stretford yeni müqavilə üzə danışıqlara hazır olduqlarını bildirib.
"Ueyn müqaviləsinin sonuna qədər klubda qalacağını mətbuatda dilə gətirmişdi. "Yunayted" rəhbərliyi 2019-cu ildən sonra da ona etimad göstərməyi düşünürsə, tez anlaşarıq".
2014-cü ilin fevralında Runi "qırmızı şeytanlar"la müqaviləsini 5 il müddətinə yeniləmişdi. Ona həftədə 300 min funt məvacib kəsilmişdi.
Milli.Az