"Mançester Yunayted" klubunun ulduzu, məşhur futbolçu Ueyn Runi quldurların hücumuna məruz qalıb.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, üzlərində qara maska olan üç şəxs Runinin Çeşirdəki malikanəsini qarət etmək istəyiblər.

6 milyon funt-sterlinq dəyəri olan malikanədə həmin anlarda Ueyn Runinin xanımı Kolin və üç oğlu vardı.
Malikanənin mühafizə sistemi işə düşüb, polisə dərhal avtomatik xəbər verib.
Sistemin zəng səsindən qorxan quldurlar qaçıblar.
Polis indi o cinayətkarları axtarır.

Milli.Az

Ueyn Runinin malikanəsinə soxuldular - FOTO
Ueyn Runinin malikanəsinə soxuldular - FOTO
Ueyn Runinin malikanəsinə soxuldular - FOTO
Ueyn Runinin malikanəsinə soxuldular - FOTO
Ueyn Runinin malikanəsinə soxuldular - FOTO