O bildirib ki, baş məşqçi Qurban Qurbanov hazırlıq və uğurlu çıxış üçün lazımi tədbirləri görəcək, klub rəhbərliyi isə onun addımlarını dəstəkləyəcək.
Qeyd edək ki, "Qarabağ" Avropa Liqasında 2013-2014 mövsümündə İsveçin digər təmsilçisi "Gefle" ilə üz-üzə gəlib. III təsnifat mərhələsinə təsadüf etmiş hər iki qarşılaşmada Ağdam təmsilçisi qalib gəlib - 1:0, 2:0.