Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev F.X.Kazımovun "Azərbaycan İpoteka Fondu" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Fəxri Xanhüseyn oğlu Kazımov "Azərbaycan İpoteka Fondu" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri təyin edilsin".
Milli.Az