ABŞ-ın məşhur erotik ulduzu, pornoqrafik videoları yayılandan sonra populyarlaşan erməni Kim Kardaşyanın bacısı, model Kayli Cenner 19 yaşının tamam olmasını Baham adalarında qeyd edib.
Milli.Az TMZ-yə istinadən bildirir ki, realiti-şou ulduzu və model Kayli Cenner ad günü münasibətilə saçını qırmızı boyayıb.
O, ad gününü ötən aydan qeyd etməyə başlamışdı.
K.Cennerin sevgilisi, reper Tayqa ona ad günü münasibətilə 200 min dollarlıq Mercedes Maybach hədiyyə edib.
19 yaşlı Kayli Cennerin bu avtomobildən savayı, Mercedes-Benz Wagon, Rolls-Royce Ghost, Range Rover Autobiography və Ferrari-si var.
Reper Tayqa isə Malibudakı villanın kirayə pulunu vermədiyinə və villaya xeyli ziyan vurduğuna görə 480 min dollar məbləğində cərimələnib. Məhkəmə onun həbsinə qərar verib.
K.Cenner Baham adalarındakı ad günündə çəkdiyi fotolarını İnstagram-dakı profilində paylaşıb.
Milli.Az




























