Populyar amerikalı model və realiti-şou ulduzu Kayli Cenner Baham arxipelaqında ad gününü qeyd etməyə davam edir.
Milli.Az TMZ-yə istinadən bildirir ki, 19 yaşlı Kayli Cenner dünən Terks və Kaykos adasında idi.
Kayli Cenneri sevgilisi, reper Tayqa müşayiət edirdi.
Tayqanı ABŞ-ın Malibu şəhərində yaşayan iş adamı, əslən iranlı Qulamrza Rzai məhkəməyə verib. Rzainin villasında kirayədə qalmış reper pulu verməyib, villaya da ziyan vurub. Rzai məhkəməyə müraciət edərək maddi və mənəvi təzminat qismində 480 min dollar tələb edir.
Tayqa Los-Anceles şəhər məhkəməsindəki iclaslara qatılmadığı üçün onun həbsinə order verilə bilər. Üstəlik, Tayqanın sevgilisi K.Cennerə hədiyyə etdiyi 200 min dollarlıq Maybach avtomobili də müsadirə oluna bilər.
Milli.Az









