Sudanda yağan güclü yağış və baş verən daşqınlar nəticəsində 100 nəfər ölüb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, ən çox ziyan Eritreya ilə sərhəddə yerləşən Kasala ştatına dəyib.
İki həftə davam edən şiddətli yağışlar və daşqınlar nəticəsində burada 8 min ev dağılıb, 25 nəfər ölüb.
Təbii fəlakətlə əlaqədar 122 min insan evini tərk etmək məcburiyyətində qalıb.
Milli.Az