Futbolçu Jerar Pike və müğənni Şakira cütlüyü İbizada istirahət edərkən hər kəsi təəccübləndirəcək miqdarda bəxşiş verib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, onlar adada yeməklərini çox bəyəndikləri aşpaza 20 min avro veriblər. Bunu Argentinada yayımlanan bir radio proqramında aparıcı iddia edib:

"Həmin aşpaz mənim dostumdur. Şakira yeməkləri o qədər bəyənib ki, onun məkanından ayrılanda 10 min avro verərək: "Get, yaxşıca əylən, özünə bir şey al", - deyib. Bunun ardınca Pike də əlavə 10 min avro verib".

Milli.Az