"Report"un Şirvan bürosunun xəbərinə görə, hadisə bu gün saat 16:30-da Ağdas rayon Musviq İsayev kücəsi nomrə 1 ünvanda yerləşən Azərbarcan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Ağdaş mədəniyyət turizm söbəsinin nəzdində yerləşən XIX əsrdə inşa olunmuş, ümumi sahəsi 1690 kvmetr olan Qarabəy Karvansarayının yaşayış üçün nəzərdə tutlmuş 2-ci mərtəbəsində qeydə alınıb. Belə ki, 1971-ci il təvəllüdlü Fərrux Məhəmməd oğlu Qurbanova məxsus ümumi sahəsi 29 kvadratmetr olan 1 otaq və 1 mətbəxdən ibarət yaşayış evinin 9 kvadratmetr hissəsi kül olub.
Yanğın nəticəsində 2011-ci il təvəllüdlü gözdən əlil Şəfiqə Fərrux qızı Qurbanova tüstüdən boğularaq ölüb.
Hadisə yerinə FHN-nin Ağdaş yanğından mühafizə hissənin 2 maşını və canlı quvvəsi gəlib və yanğının qarşısı alınıb.
Faktla araşdırma aparılır.