Mətbəx sirləri: Teryaki toyuğu

Mətbəx sirləri: Teryaki toyuğu
07:05 5 Yanvar 2015
193 Sosial
Ölkə mətbuatı
A- A+

Milli.Az teryaki toyuğunun hazırlanma qaydasını təqdim edir

Tərkibi:

1 kq toyuq əti
125 ml soya sousu
4 x.q. alma sirkəsi
1 ç.q. istiot
150 q qəhvəyi şəkər tozu
2 ç.q. nişasta
4 diş sarımsaq
zəncəfil (8-10 sm ölçüdə)

Qazançada şəkər tozu, soya sousu, sirkə, istiot, 50 ml soyuq suda əridilmiş nişasta, sürtgəcdən keçirilmiş zəncəfil və əzilmiş sarımsağı qarışdırın.

Ocağın üstünə qoyub qarışdırın, sous qatılaşmalıdır.

Tavanı yağlayın.

Doğranmış toyuğu düzün.

Sousu üzərinə gəzdirin (bütün tikələri örtsün).

Əvvəlcədən 220 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin.

Hər 5-7 dəqiqədən bir qarışdırın ki, ət sousu tam canına çəksin.

Nuş olsun!

Resept: vk.com/cookinder

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/kilinariya/316700.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR