Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Axşam.az "Report"a istinadən xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Kəmalə Rüstəmova ifadə verib.
İngilis dili müəlliməsi olan K.Rüstəmova bildirib ki, mərhum İlhamə Quliyevanı təqsirləndirilən M.Hüseynova vasitəsi ilə tanıyıb:
"Mehribanı 2005-ci ildən yaxşı insan kimi tanımışam. İlhamə xanım mənə zəng edib əvvəl təhqir etdi, Mehribanın saxta sənədlə bağlı əlində səs yazısı olduğunu bildirdi. İlhamə xanımın evinə gedəndə, həmin səs yazısını mənə göstərdi. Həmin səs yazısında özümə aid xoş söz eşitmədim deyə, Mehribana bir sillə vurdum. Daha sonra İlhamə xanım onu bağışlayıb, öz üzüyünü Mehribana verdi. Mehriban da ağlayıb, üzr istəyəndə, Faiq Ələkbərli həmin anın videogörüntüsünü qeyd etdi".
K.Rüstəmova dindirilərkən vurğulayıb ki, M.Hüseynova İ.Quliyevanın evində olarkən Vüqar Bəkirov onun telefonunu və pulunu əlindən alıb:
"İlhamə xanım Mehribanı evinə çağıranda Orxan Nadirov, Vüqar Bəkirov, Faiq Ələkbərli və Ülvi Qılınc da orada olub. Bu zaman Vüqar onun telefonunu və 300 manat pulunu əlindən aldı. İlhamə xanım isə bildirdi ki, "Mehriban da mənim kimi sonsuzdur, onun telefonunda olan nazir və deputatların nömrələrini silin". Mehribanın bıçaqlanmasını isə bilməmişəm, bundan xəbərim olmayıb. İlhamə xanım bizi həmişə restoranlara aparırdı".
Şahid K.Rüstəmovanın sözlərinə görə, İ.Quliyeva M.Hüseynovaya baş etibarnamə verib:
"Daha sonra İlhamə xanım etibarnaməni ləğv etdib. İlhamə xanım Mehribanı çox sevirdi. Hələ də inana bilmirəm ki, bu hadisə baş verib".
Məhkəmənin növbəti iclası sentyabrın 6-da davam etdiriləcək.
Qeyd edək ki, xalq artisti İ.Quliyevanın sabiq köməkçisi M.Hüseynova 2015-ci il oktyabr ayının 21-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 29,180.3.2-ci (soyğunçuluğa cəhd, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. 2016-cı il fevral ayının 13-də Səbail Rayon Məhkəməsində M.Hüseynova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti üç ay uzadılıb.
Xatırladaq ki, İ.Quliyeva 2016-cı il fevral ayının 25-də səhər saatlarında 73 yaşında dünyasını dəyişib.
"İlhamə Quliyeva dedi ki, onun telefonundan nazir və deputatların nömrələrini silin"
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Kadir İnanırdan qalan sərvət üzə çıxdı - 1 milyardlıq miras
axsam.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Oktyabr bəzi bürclər üçün səmərəli keçəcək
15 yaşlı göyçaylı kikboksçu dünya çempionu oldu - FOTO
Bu ölkənin BMT TŞ-nin qeyri-daimi üzvlüyünə namizədliyi irəli sürülüb
Deputat həmin hadisədən danışdı: “Dedi, sir-sifətindən xeyir verənə oxşamırsan”
Ailəsini Rusiyadan Azərbaycana gətirə bildi, özü dron hücumuna məruz qaldı
Layihələr
Son xəbərlər
Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib
Bu gün
·
09:10
Bu gün 1 dəqiqəlik sükut olacaq
Bu gün
·
08:30
Bu ölkənin BMT TŞ-nin qeyri-daimi üzvlüyünə namizədliyi irəli sürülüb
Bu gün
·
01:30
Bakının bu hissəsində bulvar salınır
Bu gün
·
00:59
Bütün yükü tək daşıyan 4 bürc
Bu gün
·
00:48
ABŞ 50 ölkəyə bildiriş göndərdi
Bu gün
·
00:45
15 yaşlı göyçaylı kikboksçu dünya çempionu oldu - FOTO
Bu gün
·
00:07
İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib
Bu gün
·
00:01
Bu gün Azərbaycanda Anım Günüdür
Bu gün
·
00:00
Ceyhun Bayramov Nyu-Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb
Dünən
·
23:59
Abşeronda qonşular arasında baş verən münaqişə qətlə bitdi
Dünən
·
23:13
Ailəsini Rusiyadan Azərbaycana gətirə bildi, özü dron hücumuna məruz qaldı
Dünən
·
22:42
Azərbaycanın akrobatika gimnastları dünya çempionu olublar
Dünən
·
22:06
Lavrov uzun müddət sonra onunla görüşdü
Dünən
·
21:31
Rassellin Bakıdakı qələbəsi "Formula 1" tarixində ən yaxın finişlərdən biridir
Dünən
·
21:11