"Fənərbağça"nın yeni transferi Martin Şkrtel ingilis mətbuatına açıqlama verib.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, slovak müdafiəçini özünü sübut etmək üçün "Liverpul"dan ayrıldığını qeyd edib.
"Liverpul"da 8,5 il oynadım. Bu çox uzun zamandır. Karyeramda dəyişiklik və yeni sınaq istədim. Klopp gözəl insandır, amma "Liverpul"da əvvəlki kimi oynaya bilməyəcəkdim. Bu klubun azarkeşi olaraq qalacam. Ötən mövsüm oynadığımız hər iki finalda uduzduq. Futbolda bunlar olur. Dik Advokaatın "Fənərbağça"nı zirvəyə daşıyacağına inanıram. "Fənərbağça" böyük klubdur. Ümid edirəm, burda titullar qazanaram. Klubun fantastik azarkeşləri var".
Milli.Az