Müğənni Rəqsanə İsmayılova sosial şəbəkədə həyat yoldaşı ilə növbəti fotosunu paylaşıb.

Milli.Az teleqraf-a istinadən xəbər verir ki, həyat yoldaşını ictimaiyyətdən uzaq tutan müğənni ənənəsinə sadiq qalaraq fotoda həyat yoldaşının üzünü göstərməyib.

Müğənninin fotosu açıq-saçıq olduğu üçün bəzi izləyicilərin tənqidinə tuş gəlib. Bu isə Rəqsanənin pərəstişkarlarını incik salıb. Onlar tənqidə "Aygün, Röya açıq-saçıq geyinib, konsertlər verəndə yaxşıdır, Rəqsanə şəkil qoyanda tərbiyəsiz olur?" deyə şərh yazıblar.

Rəqsanə İsmayılovanın həyat yoldaşı Moskvada yaşayır.

Milli.Az

"Aygün, Röya açıq-saçıq geyinəndə yaxşıdı, Rəqsanə şəkil qoyanda tərbiyəsiz?" - FOTO