"Report" Haber7-yə istinadən xəbər verir ki, bu haqda Türkiyə Silahlı Qüvvələri tərəfindən yazılı açıqlama yayılıb.
İnfromasiyaya əsasən, döyüş təyyarələri İraqın şimalında yerləşən Metina və Hakurk bölgələrində terrorçuların mövqelərinə bombalayıb.
"Tapşırıqları uğurla yerinə yetirən döyüş təyyarələrimiz uçduqları hərbi bazaya dönüb", - deyə açılamada bildirilib.