"Report" "Reuters"ə istinadən xəbər verir ki, hücum zamanı əvvəlcə partlayış olub, sonra isə atışma başlayıb. İnsident nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.
Qeyd edək ki, sentyabrın 5-də Əfqanıstan Müdafiə Nazirliyinin binası yaxınlığında iki güclü partlayış törədilib. Partlayışlar nəticəsində ən az 30 nəfər həlak olub, daha 40 nəfər yaralanıb. Terror aktlarına görə məsuliyyəti "Taliban" qruplaşması öz üzərinə götürüb.