Bayram və bilik günü şənlikləri yeni sezonda yenə sizə yaxın Metroparkda!
Ailəvi Ticarət Mərkəzi olan Metroparkda sezon açılışı şəhərimizin sakinləri və qonaqlarımızın könlünü oxşayacaq möhtəşəm tədbirlərlə başlayır.
Həm uşaq, həm böyüklərin rahat alış-veriş ilə bərabər əylənməsini və gözəl vaxt keçirməsini düşünən Metropark bu sezonda da əyləncə dolu tədbirlərlə yeni sezona start verir!
Qurban bayramı və Bilik Günü münasibətilə 11,12,13 və 15 sentyabr tarixlərində uşaqların əylənməsi üçün nəzərdə tutulan bir-birindən maraqlı şoularla dolu möhtəşəm tədbirlər keçiriləcək. Metroparkda keçirilən tədbirlərdə hər kəs iştirak edə bilər. Tədbirlərimizə giriş azaddır! Uşağınızın üzündəki gülüşdə Metroparkdan da pay olsun. Bayramda doyunca əylənmək üçün Metroparka gəldikdə uşaq əyləncə mərkəzi "Happyland"ə də baş çəksəniz, burada siz bayrama özəl süprizlərlə qarşılaşacaqsınız. "Happyland"in içində uşaqlarınızın rahatlığı və gözəlliyi üçün "Funny Boom" adlı uşaqlar üçün fotosessiya və saç kəsimi salonu artıq fəaliyyətə başlayıb. Bundan sonra balaca dostlarımız "Happyland"da həm əylənəcək, həm də gözəl saç düzümləri etdirə biləcəklər.
15 sentyabrda yeni dərs ili başlayır və bu münasibətlə Metroparkda yerləşən uşaq geyim mağazalarından uşaqlarınız üçün bir-birindən fərqli, dəbli və gözəl geyimlər də ala bilərsiniz.
Hər zövqə və cibə uyğun markaların olduğu Metroparkda uşaq geyim mağazalarının sırasına daha yeni bir "LOME KIDS" adlı brend əlavə olundu..
Yeni sezonun açılışı ilə Metroparkda yeni markalar, yeni açılışlar da olacaq. Bunlar bütün kofe sevərlərin tanıdığı dünyaca məşhur "SECOND CUP" Kafe, yenə də sportdan məktəb ayaqqabısına qədər hər cür modaya ve büdcəyə uyğun ailəvi ayaqqabı brendi "FLO" və özünəməxsus yeri olan beynəlxalq "GALAXY" məişət texnikası mağazasıdır.
Metropark daim müştərilərinin rahatlığını düşünür və bunun üçün çalışır!