Çimərlik futbolu üzrə Azərbaycan millisi Türkiyəyə qalib gəlib
Paylaş
62 baxış·1 dəq oxu
Bakı. 9 sentyabr. REPORT.AZ/ Çimərlik futbolu üzrə Azərbaycan millisi 2017-ci il Dünya Kubokunun Avropa komandaları arasında seçmə mərhələsinin ikinci raundunda üçüncü oyununa çıxıb. "Report"un məlumatına görə, İtaliyanın Yezolo şəhərində keçirilmiş matçda rəqib Türkiyə yığması olub. Milli komanda 3:0 hesabı ilə qələbə qazanıb. Qolları Vaqif Şirinbəyov, Asif Zeynalov və Əbdül Əliyev vurub.