"Mançester Yunayted"in kapitanı Ueyn Runinin "Watford"la oyunda zəif çıxışı diqqətdən yayınmamışdı.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, İngiltərənin "The Sun" nəşri onunla baş məşqçi Joze Mourinyo arasında konfliktin meydana gəldiyini yazır. Bu səbəbdən təcrübəli hücumçunun yaxın bir neçə görüşdə start heyətində yer almayacağı gözlənilir.
Mourinyo Runinin hazırkı formasından narazıdır. Bu səbəbdən "Lester Siti" ilə matçda kapitanın meydana çıxması sual altındadır.
Qeyd edək ki, "mankunianlar" Premyer Liqada 2 turdur ki məğlub olur.
Milli.Az