Dortmund "Borussiya"sının forvardı Pyer-Emerik Obameyanq yayda PSJ-dən təklif gəldiyini açıqlayıb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, qabonlu futbolçu təklifi rədd etməklə yanaşı, Paris klubunun təşkilatçılığından da gileylənib:

"Bəli, PSJ ilə görüşdüm, amma bu, çox uzun çəkmədi, çünki Paris klubu ilə müqavilə bağlamaq istəmədim. Üstəlik, transfer görüşünü də çox bərbad təşkil etmişdilər. Əslində, bu, PSG-in mənə ilk təklifi deyil. Bir neçə ildir mənimlə maraqlanırlar, amma bu müddət ərzində heç vaxt fikrim dəyişmədi".

Bu məsələ ətrafında atası ilə də məsləhətləşdiyini söyləyən 27 yaşlı futbolçu sözlərinə belə davam edib: "PSJ istədiyi qədər təklif edə bilər, amma bunun bir faydası olmayacaq, çünki hazırda "Dortmund"da qalıram".

Qeyd edək ki, 2013-cü ildən Dortmund klubunun şərəfini qoruyan Obameyanq 99 maçtda 58 dəfə fərqlənməyi bacarıb.

Milli.Az