"Mançester Yunayted"in kapitanı Ueyn Runi azarkeşlər və mətbuat tərəfindən tənqid olunmasına münasibət bildirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, təcrübəli futbolçu bunları diqqətə almadığını deyib.

"Məni bütün karyeram boyu tənqid ediblər. Xüsusilə son illərdə buna tez-tez rast gəlirəm. Amma mən məşqçilər, komanda yoldaşlarım və yaxınlarımın məsləhətinə qulaq asıram. Kənar şəxslərin sözləri isə mənasızdır. Diqqətimi toplayıb gərgin çalışmaq lazımdır. Bütün gücümü komandanın uğurlarına sərf edirəm. Fərqli mövqelərdə oynayıram. Baş məşqçi ya hücumda, ya da "10 nömrəli futbolçu" mövqeyində oynayacağıma işarə vurub. Onun futbola baxışı belədir. "United" uğursuz həftəni geridə qoydu. Hər şeyi düzəltməyə çalışacağıq".

Milli.Az