Bayram günlərində (31 dekabr, 1-4 yanvar tarixlərində) Azərbaycanda 14 nəfər dəm qazından zəhərlənmə ilə bağlı Klinik Tibbi Mərkəzə müraciət edib.Dərmanların allergik reaksiyası nəticəsində 4 uşaq zərər görüb
Səhiyyə Nazirliyi Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov APA-ya açıqlamasında deyib ki, onlardan 8-i xəstəxanaya yerləşdirilib, qalanları evə buraxılıblar.
Son 5 gündə spirtli içkilərdən zəhərlənmə ilə bağlı mərkəzə daxil olan 6 şəxsdən 2-si xəstəxanaya qəbul edilib.
Bayram günlərində Azərbaycanda dərmanların allergik reaksiyası nəticəsində 4 uşaq zərər görüb. Onlardan 2-si vitamin, 2-si isə antibiotiklərlə bağlı olub. Həmin uşaqlarda zəhərlənmə baş verməyib, sadəcə onlara ilkin yardım göstərildikdən sonra evə buraxılıblar.
Milli.Az