Tədbir haqqında AFFA-nın Marketinq və Sponsorluq Şöbəsinin müdiri Tural Piriyev məlumat verdikdən sonra baş katib Elxan Məmmədov çıxış edərək "GROW 2020" adlanan və ölkə futbolunun 5 illik inkişaf strategiyasını nəzərdə tutan proqram barədə ümumi məlumat verib.
Sonra UEFA nümayəndəsi Noel Muney təqdimatla çıxış edib.
Tədbirdə iştirak edən AFFA əməkdaşları proqram layihəsi barədə fikirlərini bildirib, N.Muneyin suallarını cavablandırıblar.



